Naxçıvan Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika Elmi Konfransının (NASCO29) keçirilməsi nəzərdə tutulur.
Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirin əsas məqsədi gənc alimlərin elmi tədqiqatlarının nəticələrini təqdim etməsinə, aktual problemlərin müzakirəsinə, elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və innovativ ideyaların inkişafına şərait yaratmaqdır.
Konfrans çərçivəsində təbiət elmləri, mühəndislik, riyaziyyat və informasiya texnologiyaları, tibb, sosial-humanitar, iqtisadiyyat və idarəetmə sahələri üzrə elmi müzakirələrin aparılması nəzərdə tutulur.
Təşkilatçıların məlumatına görə, iştirakçılar elmi təcrübə mübadiləsi aparmaq, digər tədqiqatçılarla əlaqələr qurmaq və öz araşdırmalarını elmi ictimaiyyətə təqdim etmək imkanı əldə edəcəklər. Konfransda iştirak ödənişsizdir.
Tədbirin gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılmasına və Azərbaycanda elmi fəaliyyətin inkişafına töhfə verməsi gözlənilir.











































