Ağdam rayonunun Şelli kəndində Bərdə rayon sakininin meyiti tapılıb.
Məlumata görə, 1992-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti kənd ərazisində yerləşən kəhriz quyusundan aşkarlanıb.
Bərdə sakininin bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmadığı və yaxınlarının bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir.
Müşfiq Hacıyevin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi kimi çalışdığı qeyd olunur.
Hadisənin səbəbləri və digər hallar araşdırılır.











































