Bərdə şəhərində evdən qadın meyiti aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Abdullayeva Ülkər Cavad qızının meyiti yaşadığı evdə aşkar edilib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



































