Bərdə rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun “Meşəçilik” adlanan ərazisində qeydə alınıb.
“Changan” markalı minik avtomobili idarəetmədən çıxaraq yaşayış evinə çırpılıb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
























