Bu rayonda ev yanaraq KÜLƏ DÖNDÜ

Bu rayonda ev yanaraq KÜLƏ DÖNDÜ

Kürdəmirdə 150 kvadratmetrlik evdə güclü yanğın – 100 kvadratmetr sahə külə döndü

Kürdəmir rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın nəticəsində evin böyük hissəsi yararsız vəziyyətə düşüb.

Veten.Az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ənvər Səmid oğlu Yunusova məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın nəticəsində evin 100 kvadratmetr sahəsi yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış evinin qalan hissəsi alovdan mühafizə edilib və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır.