Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat etdi

Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat etdi

Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin həkimi Şahin Əliyev dünyasını dəyişib.

Veten.Az xəbər verir ki, ailə həkimi-terapevt Şahin Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura keçib.

O, 2002-2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyət göstərib.

Xatırladaq ki, ötən gün “Caspian International Hospital”ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov da vəfat edib. Onun infarkt nəticəsində dünyasını dəyişdiyi bildirilir.