Şəmkir rayonunda evlərin birində iki nəfərin meyiti aşkarlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Veten.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, yaşayış evlərindən birində kişi və qadının meyiti tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Meyitləri aşkarlanan şəxslərin kimliyi və ölüm səbəbləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.

