Xocavənd rayonunda mina partlayışı baş verib. Hadisə nəticəsində 42 yaşlı kişi xəsarət alıb.
Veten.Az xəbər verir ki, noyabrın 11-də işğaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında mina hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına görə, Bərdə rayon sakini, 42 yaşlı İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
Partlayış nəticəsində o, müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

