Biləsuvar rayonunda dəm qazı faciəsi baş verib. 66 yaşlı kişi zəhərlənərək həyatını itirib.
Veten.Az xəbər verir ki, hadisə Biləsuvar şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb.
Belə ki, 66 yaşlı Arif Xıdır oğlu Şirinov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

