Bakıda bıçaqlanma hadisəsi baş verib. 24 yaşlı gənc xəstəxanalıq olub.
Veten.Az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Bakı şəhər sakini Murad Xanbabayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

