Bakıda külək yeni aldığı avtomobili əzdi

Bakıda külək yeni aldığı avtomobili əzdi

Bakıda əsən güclü külək ciddi fəsad törədib. Aşan ağacın qaz borusunu qoparması nəticəsində park edilmiş avtomobilə ciddi ziyan dəyib.

Veten.Az xəbər verir ki, hadisə Suraxanı rayonu, Malik Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, güclü küləyin təsirindən ağac aşıb və qaz borusunun üzərinə düşüb. Nəticədə boru dirəkdən qoparaq aşağı düşüb və həmin vaxt altında dayanan avtomobili əzib.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.

Məlumata görə, avtomobilin sahibi nəqliyyat vasitəsini cəmi bir neçə gün əvvəl alıb. Beləliklə, yeni alınan avtomobil qısa müddət ərzində küləyin yaratdığı hadisənin qurbanına çevrilib.