Kişi xəyanət edən arvadını stula bağlayaraq diri-diri yandırdı

Kişi xəyanət edən arvadını stula bağlayaraq diri-diri yandırdı

Hindistanda dəhşətli qətl hadisəsi baş verib. Kişi həyat yoldaşını stula bağlayaraq üzərinə benzin töküb və yandırıb.

Veten.Az xəbər verir ki, hadisə Hindistanın Caqatpur kəndində qeydə alınıb.

Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Onların bu nikahdan iki övladı dünyaya gəlib. Lakin sonradan qadının başqa kişi ilə münasibət qurması ailədə ciddi problemlərə səbəb olub. Sonam ərindən ayrılmaq istədiyini bildirib.

Hadisədən iki gün əvvəl kənddə keçirilən iclas zamanı qadın sevgilisi ilə münasibətlərini bitirməyə razılaşıb. Həmin axşam qadının münasibətdə olduğu şəxs zəhər içərək intihara cəhd edib. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə biliblər.

Ertəsi gün ər-arvad arasında yenidən mübahisə yaranıb. İddialara görə, Suxbir həyat yoldaşını stula bağlayıb, üzərinə benzin tökərək od vurub.

Evdən gələn səsləri eşidən qonşular polisə məlumat veriblər. Şübhəli şəxs isə qadını alovlar içində qoyaraq hadisə yerindən qaçıb.

Polis əməkdaşları hadisə yerinə çatdıqda Sonamın yanmış meyitini aşkar ediblər.

Qadının qətlində şübhəli bilinən Suxbir Sinqh daha sonra saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.