• Latest
  • Trending
Doğma Xankəndidə ilk məktəb zəngi: Əkiz qardaşların böyük günü – REPORTAJ

Doğma Xankəndidə ilk məktəb zəngi: Əkiz qardaşların böyük günü – REPORTAJ

15 Sentyabr 2026
Bərdədə baş vermiş qəzada xəsarət alanlardan biri vəfat edib

Bərdədə baş vermiş qəzada xəsarət alanlardan biri vəfat edib

14 Sentyabr 2026
Bərdədə iki avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

Bərdədə iki avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

14 Sentyabr 2026
Bərdədə doğuş xəstəxananın həyətində baş verdi – həkimlər operativ müdaxilə etdi

Bərdədə doğuş xəstəxananın həyətində baş verdi – həkimlər operativ müdaxilə etdi

14 Sentyabr 2026
Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı

Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı

14 Sentyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Gəncədə iki nəfər bıçaqlanıb

14 Sentyabr 2026
Tiktoker “Əhdi” saxlanıldı

Tiktoker “Əhdi” saxlanıldı

13 Sentyabr 2026
Bərdədə kamaz 17 yaşlı gənc oğlanı vurub

Bərdədə kamaz 17 yaşlı gənc oğlanı vurub

13 Sentyabr 2026
Sentyabr ayının ən uğursuz bürcləri – Bu bürclər daha diqqətli olmalıdır

Sentyabr ayının ən uğursuz bürcləri – Bu bürclər daha diqqətli olmalıdır

13 Sentyabr 2026
Yuxu nədir? İnsan niyə yuxu görür?

Yuxu nədir? İnsan niyə yuxu görür?

13 Sentyabr 2026
2 sentyabr üçün GÜNDƏLİK BÜRCLƏR – Kimə pul, kimə sevgi, kimə yeni fürsət görünür?

11 sentyabr 2026 üçün gündəlik bürclər – Bu gün hansı bürcü nə gözləyir?

11 Sentyabr 2026
E-manat terminallarında karta mədaxil zamanı 0,3% komissiya tutulur FOTO

E-manat terminallarında karta mədaxil zamanı 0,3% komissiya tutulur FOTO

11 Sentyabr 2026
Fatma Yıldırım: Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır

Fatma Yıldırım: Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır

10 Sentyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Çərşənbə axşamı, Sentyabr 15, 2026
  • Login
Reklam
  • SİYASƏT
  • GÜNDƏM
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
  • Haqqımızda
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

Doğma Xankəndidə ilk məktəb zəngi: Əkiz qardaşların böyük günü – REPORTAJ

by Mustafa Həsənov
15 Sentyabr 2026
in TƏHSİL
0
Doğma Xankəndidə ilk məktəb zəngi: Əkiz qardaşların böyük günü – REPORTAJ

Səhər saatlarıdır. Xankəndi şəhərində yeni tədris ilinin ilk gününün həyəcanı yaşanır. Məktəblərin qarşısında valideynlər, müəllimlər və şagirdlər bir araya gəlib. Kimi ilk dəfə məktəbli formasında sinif otağına qədəm qoyur, kimi isə artıq tanış olduğu məktəb həyətinə yeni dərs ilinin sevinci ilə daxil olur.

45ed70e8-7929-4c8a-ab30-f717e5b9c5b7-300x226 Doğma Xankəndidə ilk məktəb zəngi: Əkiz qardaşların böyük günü – REPORTAJ
Bu gün Xankəndidə məktəb həyatı ilə tanış olanlar arasında Xankəndi şəhərindən olan əkiz qardaşlar- Cavidan və Rauf Şamxal oğlu Adıgözəlovlar da var.
Onlar Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin birinci sinfində ilk dərslərinə başlayıblar. Əkiz qardaşların simasında həm ilk məktəb gününün həyəcanını, həm də doğma şəhərdə təhsil almağın sevincini görmək mümkündür.
Cavidan və Rauf məktəbin həyətində digər birincilərlə birlikdə sıraya düzülürlər. Bir neçə dəqiqə sonra onlar üçün yeni həyat mərhələsi başlayır – ilk dəfə məktəbli kimi sinif otağına daxil olurlar.

YOU MAY ALSO LIKE

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı 612 bal toplayan şagirdə planşet hədiyyə edib

İcra başçısı yüksək bal toplayan tələbəyə qələmini hədiyyə etdi BƏRDƏDƏ

86bfcd2d-a4d1-465d-b773-e4f8215fb8ec-300x226 Doğma Xankəndidə ilk məktəb zəngi: Əkiz qardaşların böyük günü – REPORTAJ
Bu gün onların ailəsi üçün də xüsusi əhəmiyyət daşıyır. Adıgözəlovlar ailəsi uzun illər məcburi köçkün həyatı yaşayıb, Bərdə rayonunda məskunlaşıb. İki il əvvəl isə ailə doğma Xankəndiyə qayıdıb.
Cavidan və Raufun məktəbə ilk addımı ailənin doğma yurda qayıdış hekayəsinin davamıdır. Onların iki bacısı artıq iki ildir Xankəndidə təhsil alır. Bu gündən etibarən isə ailənin əkiz oğulları da doğma şəhərlərində məktəb həyatına başlayıblar.

88b660cd-a3b9-4b7b-86dd-b1021934947a-300x225 Doğma Xankəndidə ilk məktəb zəngi: Əkiz qardaşların böyük günü – REPORTAJ
Jurnalist Şamxal Adıgözəlov deyir ki, övladlarının Xankəndidə təhsil alması ailəsi üçün sözlə ifadə olunmayacaq qədər böyük sevincdir.
“İki il əvvəl ailəlikcə Xankəndiyə köçdük. İki qızım artıq iki ildir burada təhsil alır. Bu gün isə oğullarım Cavidan və Rauf birinci sinfə qədəm qoyurlar. Övladlarımın doğma Xankəndidə, ata-baba torpağında təhsil alması bizim üçün böyük xoşbəxtlik və qürurdur”, deyə Şamxal Adıgözəlov bildirib.
Əkiz qardaşların məktəb həyatı ilə bağlı arzuları da var. Onlar ilk dərs gününün həyəcanını yaşamaqla yanaşı, yeni dostlar qazanmaq və yaxşı oxumaq istəyirlər.
Cavidan və Raufun məktəbə qədəm qoyması onlar üçün yalnız yeni dərs ilinin başlanğıcı deyil. Bu, illər sonra doğma Xankəndidə qurulan yeni həyatın, ailənin şəhərə qayıdışının və gələcəyin burada formalaşmasının kiçik, lakin mənalı nümunəsidir.
Bu gün Xankəndidə məktəb zəngi bir daha çalınır. Sinif otaqlarında uşaqların səsi eşidilir. Onların arasında Cavidan və Raufun da səsi var.
Bir vaxtlar ailələri ilə birlikdə doğma şəhərindən ayrı düşən bu uşaqlar indi ilk dəfə Xankəndidə məktəbli olurlar.
Cavidan və Rauf üçün məktəb yolunun ilk günü belə başlayır- doğma şəhərlərində, öz məktəblərində və yeni ümidlərlə…

Şamxal Adıgözəlov | Xankəndi

Oxunub 22
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (42)
  • GÜNDƏM (72)
  • HADİSƏ (166)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (2)
  • İDMAN (3)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (5)
  • SAĞLAMLIQ (41)
  • SİYASƏT (35)
  • ŞOUBİZNES (13)
  • TƏHSİL (18)
  • ÜMUMİ (78)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • SİYASƏT
  • GÜNDƏM
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
  • Haqqımızda

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet