Zaqatalada gecə saatlarında DƏHŞƏTLİ YANĞIN: BMW külə döndü!

Zaqatalada gecə saatlarında DƏHŞƏTLİ YANĞIN: BMW külə döndü!

Zaqatalada baş verən yanğın nəticəsində yardımçı tikili və içərisində olan BMW markalı avtomobil yanaraq yararsız hala düşüb.

Veten.Az xəbər verir ki, hadisə noyabrın 16-dan 17-nə keçən gecə rayonun Çökəkoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Azər Əliyevə məxsus yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə qəfil yanğın başlayıb.

Alov qısa müddətdə tikilinin dam örtüyünün taxta atmalarını və içəridə olan BMW markalı avtomobili əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi ilə ətraf ərazilər alovun yayılmasından mühafizə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi ilə bağlı araşdırma aparılır.