Astarada avtomobil piyadanı vuraraq öldürdü – Cinayət işi başlanıldı

Astarada avtomobil piyadanı vuraraq öldürdü – Cinayət işi başlanıldı

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.

Veten.Az xəbər verir ki, hadisə rayonun Ojəkəran kəndində qeydə alınıb.

Məlumata görə, Raman Hidayətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən piyada Tahir Qənbərovu vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.