Ucarda ağır qəza, 1 nəfər öldü, 2 nəfər yaralandı

Ucarda ağır qəza, 1 nəfər öldü, 2 nəfər yaralandı

Ucarda ağır qəza, 1 nəfər öldü, 2 nəfər yaralandı

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

 Veten.Az   APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında dayanmış 2 piyadanı vurub.

İlkin məlumata görə, piyadalardan biri hadisə yerində ölüb. Digər piyada və minik avtomobilində olan sərnişin ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın