Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət qoyulub.
Veten.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi hissələrdə həyata keçirilən profilaktik tədbirlər nəticəsində şəxsi heyət arasında respirator xəstəliklərin, o cümlədən qrip infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Müdafiə Nazirliyi gənc əsgərlərin valideynlərinə və bütün vətəndaşlara müraciət edərək hərbi qulluqçuların sağlamlığına həssas yanaşmağı, tətbiq edilən məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi xahiş edib.
Qeyd olunub ki, məhdudiyyətin aradan qaldırılmasından sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

