Mingəçevirdə məktəbli qızı avtomobil VURDU – 12 yaşlı yeniyetmə xəstəxanalıq oldu!

Mingəçevirdə məktəbli qızı avtomobil VURDU – 12 yaşlı yeniyetmə xəstəxanalıq oldu!

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu yeniyetmənin məktəbli olduğu məlum olub.

Veten.Az-a daxil olan məlumata görə, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Z. Musayeva “Ford” markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.