Oğul atasını döydü GÖRÜN KİMDİ

Oğul atasını döydü GÖRÜN KİMDİ

Qubada oğul atasını döydü, məhkəmə qərarını açıqladı

Qubada 37 yaşlı kişi 61 yaşlı atasını döyərək ona xəsarətlər yetirib.

Veten.az xəbər verir ki, hadisə rayonun qəsəbələrindən birində, ailə üzvlərinin yaşadığı evdə baş verib.

Məlumata görə, 37 yaşlı Nail İsayev (şərti adla) mübahisə zamanı atasının sifət və bədəninin müxtəlif nahiyələrinə yumruq və zərbələr endirərək ona xəsarətlər yetirib.

Zərərçəkənin şikayəti əsasında faktla bağlı cinayət işi başlanıb və N. İsayev saxlanılıb.

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, atası ilə barışdığını bildirib.

Zərərçəkən ata isə ifadəsində oğlunun mütəmadi olaraq spirtli içki qəbul etdiyini və bu səbəbdən aralarında tez-tez mübahisələrin yarandığını deyib. O, sonuncu mübahisənin də hadisə ilə nəticələndiyini bildirib. Ata oğlunu bağışladığını və ondan şikayətçi olmadığını qeyd edib.

Məhkəmənin qərarı ilə Nail İsayev qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.