Azərbaycanda qadınlara spirtli içki içirdilərək onlara pul paylanmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Veten.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda bir qrup qadına araq içirdildiyi, daha sonra isə onlara pul verildiyi görünür.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi baş verənlərə etiraz edib, bəziləri isə hadisənin hansı şəraitdə və hansı məqsədlə təşkil olunduğunu sual edib.
Hadisənin Azərbaycanın hansı bölgəsində baş verdiyi, görüntülərin nə vaxt çəkildiyi və iştirakçıların kimliyi hələlik məlum deyil.
Məsələ ilə bağlı əlavə məlumat əldə olunarsa, oxucularımıza təqdim edəcəyik.

