Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü S.Fərzəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən dərhal əməliyyata götürülən yaralının vəziyyətinin hazırda kafi olduğu bildirilir.
41 yaşlı kişinin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

