• Latest
  • Trending
Fatma Yıldırım: “20 Sentyabr – dövlətçilik tariximizin şanlı səhifəsi, Azərbaycanın suverenliyinin təntənəsidir”

Fatma Yıldırım: “20 Sentyabr – dövlətçilik tariximizin şanlı səhifəsi, Azərbaycanın suverenliyinin təntənəsidir”

20 Sentyabr 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

05 Oktyabr 2026
5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

05 Oktyabr 2026
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

05 Oktyabr 2026
Qaxda yeyib-içən dostlar dalaşdı: bıçaqlanan var

Biləsuvarda 24 yaşlı gənc qətlə yetirildi – Şübhəli saxlanılıb

04 Oktyabr 2026
Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

04 Oktyabr 2026
Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

04 Oktyabr 2026
Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

04 Oktyabr 2026
Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

04 Oktyabr 2026
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

04 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Bazar ertəsi, Oktyabr 5, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

Fatma Yıldırım: “20 Sentyabr – dövlətçilik tariximizin şanlı səhifəsi, Azərbaycanın suverenliyinin təntənəsidir”

by Mustafa Həsənov
20 Sentyabr 2026
in SİYASƏT
0
Fatma Yıldırım: “20 Sentyabr – dövlətçilik tariximizin şanlı səhifəsi, Azərbaycanın suverenliyinin təntənəsidir”

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının yaddaşında dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi xüsusi yer tutur.

Artıq ikinci ildir qeyd olunan bu əlamətdar gün cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilib. 20 Sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa olundu. Bu Qələbə 30 ildən artıq davam edən işğala son qoymaqla yanaşı, Azərbaycan xalqının tarixi ədalətə, milli birliyə və öz dövlətinin gücünə olan inamının təntənəsinə çevrildi.

YOU MAY ALSO LIKE

Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

2023-cü il oktyabrın 15-də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı an isə dövlətçilik tariximizə əbədi həkk olundu. Dövlətimizin başçısının həmin gün vurğuladığı kimi, Azərbaycan xalqı bu günü 30 ildən çox gözləmişdi.

Eyni gündə Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də Azərbaycan Bayrağının ucaldılması ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının mühüm tarixi rəmzinə çevrildi. Xüsusilə Xocalıda üçrəngli bayrağımızın dalğalanması xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyır. Xocalı faciəsinin qurbanlarının xatirəsi Azərbaycan dövlətinin yaddaşında əbədi yaşayır. Xocalıda Azərbaycan Bayrağının ucaldılması həm də tarixi ədalətin bərpasının rəmzi oldu.

Bu gün artıq Qarabağda yalnız bayrağımız dalğalanmır. Azərbaycan həmin ərazilərə həyatın qayıdışını təmin edir, şəhər və kəndlərimizi yenidən qurur, müasir infrastruktur yaradır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını həyata keçirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir. İnsanlarımızın öz doğma torpaqlarına qayıtması Qarabağın dirçəlişinin ən mühüm göstəricilərindəndir.

Xankəndidə Qarabağ Universitetinin yaradılması da bu prosesin mühüm nümunələrindəndir. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə yaradılan universitet Qarabağın sosial-iqtisadi inkişafına uyğun yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verməyi qarşıya məqsəd qoyur.

Bu gün Qarabağda görülən işlər göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, eyni zamanda azad edilmiş ərazilərdə yeni həyat qurur. Şəhərlərimiz və kəndlərimiz yenidən canlanır, insanlar öz doğma yurdlarına qayıdır, sosial və iqtisadi həyat bərpa olunur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu gün artıq Azərbaycanın yeni inkişaf və quruculuq mərhələsinin də mühüm ünvanlarıdır.

20 Sentyabr bizə bir daha göstərir ki, dövlətimizin qarşısına qoyduğu strateji məqsədlər, xalqımızın birliyi və Ordumuzun gücü ilə ən mürəkkəb tarixi vəzifələr belə uğurla həyata keçirilə bilər.

Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesi bundan sonra da uğurla davam edəcək, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın sosial, iqtisadi, mədəni və ictimai həyatında layiqli yerini tutacaq.

Torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirirəm.

Oxunub 55
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (92)
  • HADİSƏ (193)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (9)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (6)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (92)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet