“EKOTERRA” layihəsi uğurla yekunlaşıb – 150 tələbəyə kitab hədiyyə olunub

“EKOTERRA” layihəsi uğurla yekunlaşıb – 150 tələbəyə kitab hədiyyə olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “EKOTERRA – bəşəriyyət, təbiət və iqtisadiyyat” gənclər üçün yaşıl düşüncə və davamlı inkişaf kitabının nəşri və təqdimatı layihəsi uğurla başa çatıb.

Veten.Az xəbər verir ki, layihənin rəhbəri və kitabın müəllifi Ülvi Məmmədovdur. Layihənin əsas məqsədi gənclərin yaşıl iqtisadiyyat, ətraf mühitin mühafizəsi və davamlı inkişaf sahəsində biliklərini artırmaq, ekoloji məsuliyyət mədəniyyətini təşviq etmək olub.

Layihə çərçivəsində 250 səhifədən və 5 fəsildən ibarət “EKOTERRA – bəşəriyyət, təbiət və iqtisadiyyat” kitabı hazırlanaraq 150 nüsxədə nəşr edilib. Nəşrdə yaşıl iqtisadiyyat, yaşıl maliyyə, iqlim dəyişmələri, bərpa olunan enerji, şəhər ekologiyası, elektrik nəqliyyatı, tullantıların idarə olunması və ekoturizm kimi aktual mövzular əhatə olunub.

Kitabın təqdimat mərasimləri noyabrın 17-də Mingəçevir Dövlət Universitetində, noyabrın 18-də isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında keçirilib.

Təqdimatlarda universitetlərin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirlər zamanı kitabın elmi-maarifləndirici əhəmiyyəti, yaşıl iqtisadiyyata keçid və qlobal ekoloji problemlərin həlli yolları barədə müzakirələr aparılıb. Müəllif Ülvi Məmmədov nəşrin hazırlanması, elmi əsasları və əhatə etdiyi mövzular haqqında iştirakçılara məlumat verib.

Layihənin mühüm nəticələrindən biri də hər iki ali təhsil müəssisəsinin tələbələrinə kitabların ödənişsiz təqdim edilməsi olub. Belə ki, Mingəçevir Dövlət Universitetinin 75, UNEC-in Zaqatala filialının isə 75 tələbəsi olmaqla, ümumilikdə 150 tələbə nəşrin nüsxəsi ilə təmin edilib.

Layihə nəticəsində Azərbaycan dilində yaşıl iqtisadiyyat və davamlı inkişaf sahəsində yeni elmi-maarifləndirici mənbə yaradılıb. Nəşrin gənclərin akademik fəaliyyətinə, fərdi mütaliəsinə və gələcək elmi tədqiqatlarına töhfə verməsi nəzərdə tutulur.

img_6250-1-300x225 “EKOTERRA” layihəsi uğurla yekunlaşıb – 150 tələbəyə kitab hədiyyə olunubimg_6253-300x200 “EKOTERRA” layihəsi uğurla yekunlaşıb – 150 tələbəyə kitab hədiyyə olunub img_6252-300x200 “EKOTERRA” layihəsi uğurla yekunlaşıb – 150 tələbəyə kitab hədiyyə olunub img_6251-300x200 “EKOTERRA” layihəsi uğurla yekunlaşıb – 150 tələbəyə kitab hədiyyə olunub