Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə qarşı zorakılıq hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisəyə bir qrup şəxsin məktəbin xarici divarına ekstremist şüarlar yazmaq planı səbəb olub.
Məlumata görə, həmin şəxslərlə məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib və təxminən 10 nəfər mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Baş nahiyəsindən ciddi xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.











































