Bakıda işə yeni qəbul olunan 18 yaşlı gənc mağazadan 1550 manat oğurlayıb.
Veten.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində yerləşən məşhur marketlərdən birində baş verib.
Məlumata görə, Murad İsgəndərov (şərti ad) hadisədən bir gün əvvəl mağaza müdirinə iş üçün müraciət edib və yükdaşıyan kimi işə qəbul olunub. Lakin işə başladıqdan cəmi bir gün sonra mağazadan 1550 manat pul vəsaitini oğurlayıb.
Hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan gənc barəsində cinayət işi açılıb.
İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən mağaza müdiri dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslə barışdıqlarını bildirib.
Məhkəmənin hökmü ilə 18 yaşlı gənc 1 il 4 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.











































