Bakıda gecə saatlarında bıçaqlanma hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb.
Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici alətlə xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılaraq hospitalizasiya edilib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.











































