Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapılıb
Beyləqan rayonunda kanalda batan 21 yaşlı gəncin meyiti sudan çıxarılıb.
Veten.Az Milli Xəbər Portalının Oxu.Az-a istinadən verdiyi məlumata görə, hadisə avqustun 6-da Beyləqan ərazisindən keçən kanallardan birində baş verib.
Hadisə zamanı suda batan 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun axtarışları nəticə verib. Gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq araşdırma aparılır.























