Azərbaycanda 2027-ci ilin aprel ayından etibarən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsinə başlanılması planlaşdırılır.
Veten.Az xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev “Dövlət-biznes əməkdaşlığı forumu” çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə arterial hipertenziyanın (yüksək qan təzyiqi) müalicəsində istifadə olunan 26 adda dərman preparatının vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur.
Ramin Rzayev qeyd edib ki, bununla bağlı qanunvericilik və normativ sənədlər hazırlanaraq təsdiqə göndərilib. Yeni mexanizmin tətbiqi çərçivəsində özəl apteklərin də elektron resept sistemi vasitəsilə prosesə cəlb edilməsi planlaşdırılır.

