35 yaşlı qadın abort zamanı vəfat etdi

35 yaşlı qadın abort zamanı vəfat etdi

Şəmkir rayonunda 35 yaşlı qadın tibbi müdaxilə zamanı dünyasını dəyişib. Hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Veten.Az xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Tibbi müdaxilə zamanı qadının qəfil halı pisləşib.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Müayinədən sonra meyit ailəsinə verilib.

Qeyd edək ki, mərhumun üçüncü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.