Bu şəxslər 1000 manatadək pul alacaq QƏRAR

Bu şəxslər 1000 manatadək pul alacaq QƏRAR

Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı ilə məşğul olan sahibkarlar üçün yeni kompensasiya dəstəyinin yuxarı həddi müəyyənləşdirilib.

Veten.Az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə bir ixrac gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi xərclərinə görə kompensasiya ödəniləcək.

Kompensasiyanın məbləği ixracatçı tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləğinə bərabər olacaq. Lakin ödəniləcək kompensasiyanın yuxarı həddi bir ixrac gömrük bəyannaməsi üzrə 1000 manatdan çox olmayacaq.

Beləliklə, yeni qərar qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların ixrac xərclərinin müəyyən hissəsinin qarşılanmasını nəzərdə tutur.