Xaçmazda ağır qəza: Sürücü öldü, 3 nəfər yaralandı

Xaçmazda ağır qəza: Sürücü öldü, 3 nəfər yaralandı

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.

Veten.Az xəbər verir ki, hadisə noyabrın 16-da saat 03:00 radələrində Yalama-Xudat avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Asim Muradxanov idarə etdiyi avtomobilin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi yolun sağ kənarına aşıb.

Qəza zamanı sürücü Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Avtomobildə olan sərnişinlər – Şadrik Babaxanov, Rafik Arzumanov və Raik Ramazanov isə yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.