Bakıda turistləri daşıyan mikroavtobus qəzaya düşdü – Sürücü ağır xəsarət aldı

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya düşdü – Sürücü ağır xəsarət aldı

Bakıda əcnəbi turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alıb.

Veten.Az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib.

Əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil texniki nasazlıq yaranıb. Nəticədə sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirib və avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

Qəza zamanı mikroavtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Şaiq Məmməd oğlu Qədirov ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.