Bakı Metropolitenində ölüm hadisəsi qeydə alınıb.
Veten.Az xəbər verir ki, hadisə noyabrın 14-də metronun “Həzi Aslanov” stansiyasında baş verib.
Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olarkən ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.

