Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb

Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb

Bakının Yasamal rayonu ərazisində yerləşən avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon oğurlanıb.

Veten.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.