Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu yeniyetmənin məktəbli olduğu məlum olub.
Veten.Az-a daxil olan məlumata görə, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Z. Musayeva “Ford” markalı avtomobil tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
Hadisənin təfərrüatları araşdırılır.

