Bakıda 32 yaşlı kişi bıçaqlanaraq xəstəxanalıq olub.
Veten.Az xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Rayon sakini, 1994-cü il təvəllüdlü Qəmbər Tahir oğlu Quluzadə müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

