Generalın qızı saxlanılıb DƏLƏDUZLUQDA İTTİHAM EDİLİR

Generalın qızı saxlanılıb DƏLƏDUZLUQDA İTTİHAM EDİLİR

Mediator Türkər Əliyeva saxlanılıb. Veten.Az xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.

Bildirilib ki, Türkər Əliyeva Sumqayıt Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Məlumata görə, o, saxlanılmazdan əvvəl sosial şəbəkə hesabında Sumqayıt Prokurorluğunun binası qarşısından foto da paylaşıb.

İddialara əsasən, Türkər Əliyeva dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Natiq Əliyevin qızıdır.

Hadisə ilə bağlı araşdırmanın gedişatı və irəli sürülən ittihamların təfərrüatları barədə hələlik əlavə məlumat açıqlanmayıb.