FACİƏ: 10 yaşlı uşaq yüksək hərarətdən həyatını itirdi

FACİƏ: 10 yaşlı uşaq yüksək hərarətdən həyatını itirdi

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.

Veten.Az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirib. Təəssüf ki, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.