İcra propasiya şöbəsinin rəisi vəfat edib

İcra propasiya şöbəsinin rəisi vəfat edib

Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev qəfil vəfat edib.

Veten.Az xəbər verir ki, uzun illər Bərdə Rayon İcra və Probasiya Şöbəsində çalışan Cahangir Alıyev qəfil ürək tutması nəticəsində dünyasını dəyişib.

Əslən Bərdə rayonunun Soğanverdilər kəndindən olan Cahangir Alıyev uzun müddət Bərdədə fəaliyyət göstərib. O, sonrakı dövrdə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Onun qəfil vəfatı doğmaları, yaxınları, həmkarları və onu tanıyanlar arasında dərin kədər yaradıb.

Allah rəhmət eləsin!