Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı 10 mini keçdi – DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı 10 mini keçdi – DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda xərçəng xəstəliklərindən ölüm hallarının sayında artım qeydə alınıb. Son statistik göstəricilər ölkədə onkoloji xəstəliklərlə bağlı vəziyyətin diqqətdə saxlanılmasının vacibliyini bir daha ortaya qoyur.

Veten.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda bədxassəli şişlərdən 10 min 102 nəfər həyatını itirib.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu səbəbdən 9 min 681 nəfər vəfat edib. Beləliklə, bir il ərzində xərçəngdən ölüm halları 421 nəfər və ya təxminən 4,3 faiz artıb.

Qeyd edək ki, 2023-cü ildə isə bədxassəli şişlərdən ölənlərin sayı 9 min 818 nəfər olub.

Xərçəng xəstəliklərinin erkən mərhələdə aşkarlanması müalicənin nəticələri baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də mütəxəssislər profilaktik müayinələrin və vaxtında həkimə müraciətin vacibliyini vurğulayırlar.

Onkoloji xəstəliklərin qarşısının alınması və erkən diaqnostika imkanlarının genişləndirilməsi səhiyyə sisteminin diqqət yetirməli olduğu əsas istiqamətlərdəndir.

Veten.Az