Sumqayıt şəhərində kişi meyiti aşkarlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Veten.Az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonu ərazisində qeydə alınıb.
Aparılan ilkin araşdırmalar zamanı meyitin 1976-cı il təvəllüdlü Vəkil Nəcəfova məxsus olduğu müəyyən edilib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Hazırda müvafiq qurumlar tərəfindən hadisənin təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma aparılır.

