Meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə Oğuz rayonunda qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Aqil Ədil oğlu Rəsulovun yanmış meyiti meşəlik ərazidə aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi və kişinin ölüm səbəbi araşdırmaların nəticəsində müəyyənləşdiriləcək.









































