Abşeron rayonunda göldə meyit aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə Saray qəsəbəsində, Ceyranbatan Su Təchizatı İdarəsinin ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun meyiti gölün ərazisində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Ölümün səbəbi araşdırmanın nəticələrindən sonra məlum olacaq.









































