Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə Borsunlu–Rəhimli–Səfikürd avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Ş. Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1992-ci il təvəllüdlü A. Vəliyevi vurub.
Piyada dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.








































