Ağstafada məktəb yaxınlığında baş verən yol qəzası iki yeniyetmənin xəstəxanalıq olması ilə nəticələnib.
Veten.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 2010-cu il təvəllüdlü S. Əhmədovanı və N. Qasımovanı vurub.
Qəza nəticəsində xəsarət alan hər iki yeniyetmə qız təcili olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, onların vəziyyəti kafidir.
Hadisənin başvermə səbəbləri araşdırılır. Əraziyə polis əməkdaşları cəlb olunub.
Veten.Az hadisə ilə bağlı məlumatları dəqiqləşdirməyə davam edir.








































