Bakıda idman zalında məşq edən 20 yaşlı gənc qəfil dünyasını dəyişib.
Veten.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən idman zallarından birində baş verib.
Məlumata görə, zalda məşq edən Rəsul Nəsibov qəfil vəfat edib. Onun ürəktutma nəticəsində öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır. Gəncin ölümünün dəqiq səbəbi araşdırmanın nəticələrindən sonra məlum olacaq.










































