Bakıda bir neçə gün əvvəl itkin düşən 72 yaşlı kişinin meyiti küçədə aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə paytaxtın Pirallahı rayonunda, Fioletov küçəsində qeydə alınıb.
Oktyabrın 24-də itkin düşən paytaxt sakini, 72 yaşlı Ramis Əliyevin meyiti küçədə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır. Ölümün səbəbi və digər təfərrüatlar araşdırmanın nəticələrindən sonra məlum olacaq.










































