Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil işıq dirəyinə çırpılaraq iki yerə bölünüb. Qəza zamanı 2 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.











































