Bu gün — oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür.
Veten.Az xəbər verir ki, 2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilib. Rəsmi nəticələrə əsasən, İlham Əliyev 1 milyon 860 min 346 səs toplayaraq, etibarlı hesab edilən səslərin 76,84 faizini qazanıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2003-cü il tarixli qərarı ilə seçkilərin nəticələri təsdiqlənib və İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan olunub.
Prezident seçilməzdən əvvəl İlham Əliyev müxtəlif dövlət vəzifələrində çalışıb. O, 2003-cü il avqustun 4-də Milli Məclisin razılığı ilə Azərbaycanın Baş naziri təyin edilib. Həmin il oktyabrın 15-də keçirilən prezident seçkilərində qalib gəlib.
İlham Əliyev 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində də qalib elan olunub.











































