Azərbaycanda əsgər ölümü qeydə alınıb.
Veten.Az “Oxu.az”a istinadən xəbər verir ki, Orxan Şabanov güllə yarası alaraq dünyasını dəyişib.
Hadisə Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib. Əsgərin hansı şəraitdə güllə yarası aldığı hələlik məlum deyil.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Məlumata görə, Orxan Şabanov Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Aynur Şabanovanın oğludur.
Qeyd edək ki, Orxan Şabanov hərbi xidmətinin bir ilini başa vurmuşdu və orta təhsilli idi.
Hadisənin başvermə səbəbləri araşdırma nəticəsində məlum olacaq.











































